"Fintrend" bank olmayan kredit təşkilatı (BOKT) vergi borcunu əhəmiyyətli dərəcədə azaldıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, kredit təşkilatı dövlətə borcunu 30 dəfə azaldaraq 14 min manata endirib.
Xatırladaq ki, kredit təşkilatının 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərinə görə xalis mənfəəti yarıbayarı azalaraq 1,1 milyon manata enib.
Qeyd edək ki, "Fintrend" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 95 %-lik payla "Pro Trade Logistics DMCC" şirkəti və 5 %-lik payla Sahib Əliyevdir, direktoru Sevinc Qəmbərovadır.
S.Qəmbərova bu ilin əvvəlində aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən 2 000 manat cərimələnmişdi.