Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin yanvar-iyul aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
Yurd.Media xəbər verir ki, 7 ay ərzində yerli sığorta şirkətləri 1 006,4 milyon manat sığorta haqqı toplayıb, 671,4 milyon manat sığorta ödənişi edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən 7,3% və 26,9% çoxdur.
Xatırladaq ki, yanvar-iyun aylarının yekununda sığorta haqları 6,2%, sığorta ödənişləri isə 27,2% artmışdı.