SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Maliyyə Nazirliyi 900 min manata yaxın borcu olan şirkəti CƏRİMƏLƏDİ

Maliyyə Nazirliyi 900 min manata yaxın borcu olan şirkəti CƏRİMƏLƏDİ

  • 24 avqust 2026, 15:27

“DEMİR AZ” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən “DEMİR AZ” MMC-də yoxlama aparılıb. 

Məlum olub ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “DEMİR AZ” 1500 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “DEMİR AZ” MMC 2018-ci ildən fəaliyyət göstərir, direktoru Azər Əlizadədir. Cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin hazırda dövlətə 895 min manat vergi borcu var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları