"PAŞA Həyat Sığorta" ASC-nin böyük məbləğdə borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin hazırda 1 077 609 manat vergi borcu var.
Hazırda "PAŞA Həyat Sığorta" Azərbaycanın sığorta bazarında vergi borcu olan yeganə şirkətdir.
Qeyd edək ki, "PAŞA Həyat Sığorta" bu ilin yanvar-iyun aylarında 22,7 milyon manat xalis mənfəət əldə edib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Şirkətin aktivləri isə ötən il iyulun əvvəlinə nisbətən 1,6% azalaraq 840,6 milyon manat təşkil edib.
"PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır.
ASC-nin səhmləri 100 % daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur. Şirkətin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadır.