SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Maliyyə Nazirliyi: Bu il büdcə xərcləri proqnozdan 2% az olacaq

Maliyyə Nazirliyi: Bu il büdcə xərcləri proqnozdan 2% az olacaq

  • 20 avqust 2026, 16:38

Azərbaycan hökuməti bu ilin sonuna dövlət büdcəsinin gəlirlərinin təsdiq etdiyi proqnozdan 841,1 milyon manat və yaxud 2% az – 40 862,6 milyon manat təşkil edəcəyini gözləyir.

Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, cari xərclərdə 488,5 milyon manat və yaxud 1,9%, əsaslı xərclərdə isə 352,6 milyon manat və yaxud 2,5% az icra gözlənilir.

Dövlət borcuna xidmət xərcləri isə nəzərdə tutulduğu qədər – 2 457,6 milyon manat icra ediləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları