“Alfa Kapital” MMC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 0,3 milyon manat mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 104,3 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə “Alfa Kapital”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 35,9% çox – 4,6 milyon manat, o cümlədən kredit portfeli 32,1% çox – 3,9 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 2,5 milyon manat (25% çox), balans kapitalı isə 2,1 milyon manat (51,9% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.