SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Mərkəzi Bank il ərzində “Xalq Bank”ı ikinci dəfə CƏRİMƏLƏDİ

Mərkəzi Bank il ərzində “Xalq Bank”ı ikinci dəfə CƏRİMƏLƏDİ

  • 19 avqust 2026, 16:08

“Xalq Bank” ASC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərini yenidən pozduğu üçün cərimə ödəməli olacaq. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, vəzifəli şəxs “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 600 manat cərimə edilib.

Xatırladaq ki, "Xalq Bank" bu il ərzaində daha əvvəl də eyni cəza ilə üzləşmişdi.

Qeyd edək ki, "Xalq Bank" 2004-cü ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur. "Xalq Bank"ın İdarə Heyətinin sədri Kamran Məcidovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları