"Xalq Bank" ASC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən cərimələnib.
AMB-dən Yurd.Media-ya bildirilib ki, Bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Məlumata görə, "Xalq Bank"da "Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası"nın tələbləri pozulub. Nəticədə "Banklar haqqında" qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən bankın vəzifəli şəxsi 1,5 min manat cərimə edilib.
Eyni cərimə ilə "Yapı Kredi Bank Azərbaycan"ın da vəzifəli şəxsi üzləşib.
"Hesabatlıq forması üzrə pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır", - deyə AMB bəyan edib.