"Embafinans” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 6,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə “Embafinans”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 27,1 % çox – 100,8 milyon manat, o cümlədən xalis kredit portfeli 19,2% çox – 77,9 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 66,7 milyon manat (25% çox), balans kapitalı isə 34,2 milyon manat (31,45% çox), o cümlədən nizamnamə kapitalı 10 milyon manat (dəyişməyib) olub.