SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bank of Baku müştərisi balansından özünün xəbəri olmadan komissiya çıxıb

"Bank of Baku" müştərisi balansından özünün xəbəri olmadan komissiya çıxıb

  • 19 avqust 2026, 17:52

"Bank of Baku" müştərisi balansından özünün xəbəri olmadan komissiya çıxılmasının şahidi olub.

Yurd.Media xəbər verir ki, şikayətçi "Bakıvaxtı.az"a bildirib ki, avqustun 14-də debet kartına vəsait əlavə edərək xaricə bilet alıb. Həmin günün məzənnəsinə uyğun olaraq ödəniş kartından çıxılıb və əməliyyatdan sonra hesabında müəyyən məbləğ qalıb. Daha sonra qalan vəsaiti hesabından çıxaran şikayətçi hesabında mənfi balans yaranmadığını qeyd edib.

Onun sözlərinə görə, bir neçə gün sonra hesabına 5 manat vəsait əlavə edib. Lakin bu gün hesabını yoxlayarkən balansında 3,47 manat qaldığını görüb. Beləliklə, hesabından 1,53 manatın tutulduğunu bildirib.

Şikayətçi məsələ ilə bağlı bankın qaynar xəttinə müraciət etdiyini və ona cavab verildiyini də qeyd edib.

“Düzdür, böyük məbləğ deyil. Ancaq insanları bu cür soymaq çox gülməlidir. Heç bir bankda bu problemi yaşamamışam”, - deyə şikayətçi bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları