SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Maliyyə Nazirliyi 400-dən çox şəxsə elektron mühasibatlıq öyrətdi

Maliyyə Nazirliyi 400-dən çox şəxsə elektron mühasibatlıq öyrətdi

  • 21 avqust 2026, 15:47

Azərbaycanda 261 dövlət qurumunun 412 əməkdaşı Maliyyə Nazirliyinə məxsus “Rəqəmsal Maliyyə Mərkəzi” MMC-nin təşkil etdiyi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-mühasibat” altsistemi üzrə beşgünlük təlimlərə qatılıb. 

Bu barədə Yurd.Media-ya nazirlikdən bildirilib. 

Məlumata görə, təlim iştirakçıları altsistemin funksional imkanları və istifadə qaydaları barədə məlumatlandırılıb, mühasibat uçotunun elektron qaydada aparılması üzrə praktiki bacarıqlarını artırıb, eləcə də altsistemin tətbiqinə hazırlanıb. 

Təlimlər davam etdiriləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları