Azərbaycan hökuməti bu ilin sonunda dövlət borcunun 27,6 milyard manat, o cümlədən xarici dövlət borcunun 4,8 milyard ABŞ dolları və yaxud 8,2 milyard manat, daxili dövlət borcunun isə 19,4 milyard manat olacağını gözləyir.
Yurd.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.
Xatırladaq ki, bu il iyunun sonuna Azərbaycanın dövlət borcu 23,8 milyard manat, o cümlədən xarici dövlət borcu 4,6 milyard dollar və yaxud 7,8 milyard manat, xarici dövlət borcu isə 16 milyard manat təşkil edib.
Başqa sözlə, Azərbaycan ilin II yarısında 3,8 milyard manat borclanacaq. O cümlədən, ölkənin daxili borcu 0,4 milyard manat, xarici borcu isə 3,4 milyard manat artacaq.