SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bank Respublika nizamnamə kapitalını artırmaq niyyətindədir

"Bank Respublika" nizamnamə kapitalını artırmaq niyyətindədir

  • 25 avqust 2026, 10:09

"Bank Respublika"nın səhmdarları nizamnamə kapitalının artırılmasını müzakirə edəcək.

Yurd.Media xəbər verir ki, bu məsələ Bankın sentyabrın 24-də keçiriləcək səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.

Bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq yığıncağın gündəliyinə həmçinin Bankın nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, iyulun 24-də keçirilmiş yığıncaqdakı bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi, aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan müqavilə(lər)in təsdiq edilməsi, Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 74 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə (Müşahidə Şurasının sədri), 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur. "Bank Respublika"nın İdarə Heyətinin yeni sədri Tariyel İsmayılovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları