“Level Leasing” ASC 2026-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə vəziyyətini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7% azdır.
Bu il iyulun əvvəlinə "Level Leasing"in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 11,8% az – 8,7 milyon manat, o cümlədən lizinq portfeli 8,6 milyon manat (12,2% az) təşkil edib.
Şirkətin öhdəlikləri 7,4 milyon manat (15,8% az), balans kapitalı isə 1,3 milyon manat (21,5% çox), o cümlədən nizamnamə kapitalı 1,05 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Level Leasing" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Şirkətin səhmləri "Hermes Finance" ASC (38 %), Zərifə Quliyeva (27,9 %), Nuranə Mehraliyeva-Rzayeva (27,9 %), Lalə Bədirova (6,19 %) və Mənzər Qarayevaya (0,01 %) məxsusdur. N.Mehraliyeva-Rzayeva həm də lizinq fəaliyyəti ilə məşğul olan "Hermes Finance"da 45 % pay sahibidir. "Level Leasing"in direktoru Həmid Mirzəyevdir.