“Azkredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2026-cı ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, kredit təşkilatı yanvar-iyun aylarında 0,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 45,5% azdır.
Bu il iyulun əvvəlinə “Azkredit”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 21,7% çox – 3,7 milyon manat təşkil edib.
BOKT-un öhdəlikləri 2,4 milyon manat (3,4 dəfə çox), balans kapitalı isə 1,3 milyon manat (46% az), o cümlədən nizamnamə kapitalı 0,6 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, "Azkredit" 2019-cu ildə yaradılıb. BOKT-un nizamnamə kapitalı 600 min manat təşkil edir, yeganə səhmdarı Qurban Əsgərovdur, direktoru isə Ceyhun Əliyevdir.