Azərbaycan Mərkəzi Bankı ötən ay “Bank BTB” ASC-nin lisenziyasını ləğv etsə də, bu, ölkədə bank filiallarının sayını azaltmayıb.
AMB-dən Yurd.Media-ya verilən məlumata görə, iyulda filialların sayı dəyişməyərək 504 qalıb.
Xatırladaq ki, “Bank BTB”nin xidmət şəbəkəsinə baş ofisdən əlavə 6 filial və 1 şöbə daxil olub. Bankın aktivləri və öhdəlikləri dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürülüb.
Bank filiallarının “yerində sayması” onu göstərir ki, ABB “Bank BTB”ni 6 filialı ilə birlikdə “udub”, onun yeganə şöbəsini isə sanki bağlayıb. Hər halda, ötən ay bank şöbələrinin sayı 83-dən 82-yə düşüb.
Ay ərzində Azərbaycanda bank işçilərinin sayında isə azalma olmayıb, əksinə ölkədə bankirlərin sayı 27 462-dən 27 555-ə yüksəlib.