SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Dənizkənarı Bulvar İdarəsi ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

Dənizkənarı Bulvar İdarəsi ötən il 4 milyon manata yaxın xalis mənfəət əldə edib

  • 26 avqust 2026, 12:24
Bakı

Dənizkənarı Bulvar İdarəsi (DBİ) 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, İdarə ötən il 3,7 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 15,4% çoxdur.

Bu ilin əvvəlinə DBİ-nin aktivləri ötən ilin əvvəlinə nisbətən 4% az - 206,3 milyon manat təşkil edib.

İdarənin öhdəlikləri 12,1 milyon manat (50,2% az), balans kapitalı isə 194,2 milyon manat (1,9% çox), o cümlədən nizamnamə kapitalı 65,2 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları