Əsas səhmdarı (68%) Qafar Dəmirçi olan və Azərbaycanda faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 2026-cl ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 3,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bu il iyulun əvvəlinə "Ferrum Kapital"ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 22% çox – 92,5 milyon manat, o cümlədən kredit portfeli 9,2% çox – 52,6 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 68,4 milyon manat (24% çox), balans kapitalı isə 24,1 milyon manat (16,8% çox), o cümlədən nizamnamə kapitalı cəmi 2 min manat (dəyişməyib) olub.