SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur

Azərbaycanda 5 bankın 9 aylıq qeyri-faiz gəlirləri 35 milyon manatdan çoxdur

  • 04 noyabr 2025, 10:26

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 22 bankdan 5-nin qeyri-faiz gəlirləri 35 milyon manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar “Kapital Bank” (463,6 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (326,5 milyon manat), “PAŞA Bank” (200,6 milyon manat), “Unibank” (93,7 milyon manat) və “Xalq Bank”dır (39,8 milyon manat).

Qalan 17 bankdan 13-də qeyri-faiz gəlirləri 10-35 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 6-nın qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma “Yelo Bank”da (51%), ən az azalma isə “Access Bank”da (3%) qeydə alınıb.

Qalan 16 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (3 dəfə), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankın”da (1,6%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian