Azərbaycandakı 22 bankdan 11-nin kənar audit yoxlamasından sonra xalis mənfəəti auditdən əvvəl açıqlanmış rəqəmdən çox, 1 bankın auditdən sonrakı zərəri isə auditdən əvvəl açıqlanmış rəqəmdən az olub.
Yurd.Media-nın araşdırmasına görə, 12 bank kənar audit yoxlamasından “üzüağ” çıxıb.
Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı”, “Azərbaycan Sənaye Bankı”, “Azər-Türk Bank”, “Bank BTB”, “Bank of Baku”, “Bank Respublika”, “Kapital Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Turan Bank”, “Xalq Bank” və “Yapı Kredi Bank Azərbaycan”dır.
Qalan 10 bankın isə auditdən sonra xalis mənfəəti azalıb.
№ | Kommersiya bankının adı
| Bankın illik xalis mənfəəti (zərəri) (milyon manatla) | |
|
| ||
Auditdən əvvəl | Auditdən sonra | ||
1 | Access Bank | 54,062 | 43,261 |
2 | AFB Bank | 4,578 | 4,108 |
3 | Azərbaycan Beynəlxalq Bankı | 293,732 | 322,577 |
4 | Azərbaycan Sənaye Bankı | 6,450 | 6,510 |
5 | Azər-Türk Bank | 21,308 | 21,386 |
6 | Bank Avrasiya | 3,930 | 3,164 |
7 | Bank BTB | -0,839 | -0,208 |
8 | Bank of Baku | 25,931 | 27,103 |
9 | Bank Respublika | 50,570 | 50,812 |
10 | Bank VTB Azərbaycan | 9,538 | 7,650 |
11 | Express Bank | 11,238 | 10,960 |
12 | İran Milli Bankı - Bakı | 7,716 | 7,554 |
13 | Kapital Bank | 186,501 | 239,182 |
14 | PAŞA Bank | 210,538 | 218,266 |
15 | Premium Bank | 9,684 | 10,035 |
16 | Rabitəbank | 14,851 | 10,611 |
17 | Turan Bank | 2,496 | 7,966 |
18 | Unibank | 20,400 | 16,579 |
19 | Xalq Bank | 65,721 | 65,858 |
20 | Yapı Kredi Bank Azərbaycan | 12,375 | 14,158 |
21 | Yelo Bank | 43,298 | 42,763 |
22 | Zıraat Bank Azərbaycan | 14,505 | 14,153 |