SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı ərazilər - İNFOQRAFİKA

Bakıda fərdi yaşayış evlərinin ən çox bahalaşdığı ərazilər - İNFOQRAFİKA

Avqust ayı Bakının bütün rayonlarında fərdi yaşayış evlərinin qiymətlərinin artması ilə yadda qalıb.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ötən ay belə mülklər ən çox Xəzər rayonunda bahalaşıb (2,1%). Ay ərzində qiymət artımı ilə fərqlənən digər rayonlar Nərimanov (1,5 %) və Xətai (1,3 %) rayonlarıdır.

İl ərzində isə ən çox bahalaşma Səbail rayonunda qeydə alınıb - 26,5 %. Müqayisə üçün bildirək ki, başqa heç bir rayonda fərdi evlərin qiymətində 20 %-dən çox artım olmayıb.

Ümumilikdə isə Bakı üzrə evlərin qiyməti ötən ay ərzində 1 %, il ərzində isə 14 % qalxıb.

Yurd.Media-nın bu ay Bakıda dəyişən daşınmaz əmlak qiymətləri ilə bağlı hazırladığı digər infoqrafikaları təqdim edirik:

Bakıda yeni tikililərin rayonlar üzrə qiymət artımı

Bakıda köhnə tikililərin qiyməti: Bəzi rayonlarda artıb, bəzilərində stabildir

Bakıda torpaq sahəsi yeni və köhnə tikili mənzillərdən daha çox bahalaşır

Bakının bu rayonunda qeyri-yaşayış sahələrinin qiymətində sıçrayış

Prime Leasing