SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakının bu rayonunda qeyri-yaşayış sahələrinin qiymətində sıçrayış - İNFOQRAFİKA

Bakının bu rayonunda qeyri-yaşayış sahələrinin qiymətində sıçrayış - İNFOQRAFİKA

Bakı

Bakıda avqust ayında qeyri-yaşayış sahələrinin qiymətlərindəki artım məlum olub.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ötən ay “obyekt” qiymətləri ən çox Nərimanov rayonunda bahalaşıb – 2,5%. Digər 2 faizlik artım göstəricisi isə paytaxtın Səbail rayonundan olub.

İl ərzində isə 20 faizdən çox bahalaşma iki rayonda izlənilib – Nərimanov (22 %) və Nəsimidə (21 %). Göründüyü kimi, Nərimanov rayonunda bu seqment daşınmaz əmlakın qiymətinin artması digər rayonları xeyli geridə qoyur.

Ümumilikdə isə Bakı üzrə qeyri-yaşayış sahələrinin qiyməti ötən ay ərzində 1,1 %, il ərzində isə 13,5 % qalxıb.

İctimai Birliyinin sədri Vüqar Oruc bildirib ki, mərkəzi rayonlarda qiymət artımı təklifin az olması və yüksək tələbatla bağlıdır: "Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarında bahalaşma daha sürətli gedir. Çünki bu ərazilərdə torpaq və mənzil bazarında təklif məhduddur, eyni zamanda investorların, şirkətlərin və əhalinin marağı böyükdür. Periferik rayonlarda isə hələ geniş torpaq ehtiyatları və tikinti imkanları olduğuna görə artım nisbətən zəifdir".

Yurd.Media-nın bu ay Bakıda dəyişən daşınmaz əmlak qiymətləri ilə bağlı hazırladığı digər infoqrafikaları təqdim edirik:

Bakıda yeni tikililərin rayonlar üzrə qiymət artımı

Bakıda köhnə tikililərin qiyməti: Bəzi rayonlarda artıb, bəzilərində stabildir

Bakıda torpaq sahəsi yeni və köhnə tikili mənzillərdən daha çox bahalaşır

Prime Leasing