SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakıda torpaq sahəsi yeni və köhnə tikili mənzillərdən daha çox bahalaşır – ARAŞDIRMA - İNFOQRAFİKA

Bakıda torpaq sahəsi yeni və köhnə tikili mənzillərdən daha çox bahalaşır – ARAŞDIRMA - İNFOQRAFİKA

Bakının bütün rayonlarında ötən ay torpaq sahəsinin qiymətlərində artım qeydə alınıb.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinindən Yurd.Media-ya bildirilib ki, ötən ay ən çox bahalaşma Xəzər rayonunda olub – 3,5 %. Bahalaşmada öndə gedən digər rayonlar – Nərimanov (3 %), Nəsimi (2,6 %), Sabunçudur (2,5 %).

İl ərzində olan bahalaşma dinamikasına baxanda isə lider Səbail rayonudur – torpaq qiymətləri ötən ilin avqust ayı ilə müqayisədə 27,8 % artıb.  İl ərzində 20 faizdən çox bahalaşma həmçinin Yasamal (24,7 %), Nəsimi (22 %) və Nizami (20 %) rayonlarında qeydə alınıb. Ümumilikdə isə Bakı üzrə il ərzində torpaq sahəsi bazarında 17 % bahalaşma olub.

Yurd.Media-nın daha əvvəl təqdim etdiyi infoqrafikalar əsasında araşdırmalar zamanı aydın olur ki, Bakıda torpaq sahələrinin qiymətinin artım sürəti istər yeni tikili, istər köhnə tikili mənzilləri geridə qoyur.

Prime Leasing
SPE Annual Caspian