SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kənd Təsərrüfatı Nazirliyinin qurumu ləğv olundu

Kənd Təsərrüfatı Nazirliyinin qurumu ləğv olundu

  • 06 may 2026, 23:41

Naxçıvanda daha bir dövlət ki qurumu ləğv edilib.

Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

Ədliyyə Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qeyd edək ki, qurumun ləğv edilməsi ilə bağlı qərar aprelin 29-dan qüvvəyə minib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları