SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış

Ədliyyə Nazirliyi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

Tarixi
Rusiya İmpersiyası dövründə
1802-ci ildə Rusiya İmperiyasında Ədliyyə Nazirliyi yarandıqdan sonra Ədliyyə Naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmiş, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan torpaqlarının parçalanması nəticəsində quzey Azərbaycan torpaqları Rusiya tərəfindən işğal olduqndan sonra, qeyd olunan qurumların yurisdiksiyası Azərbaycan ərazisinə də şamil olunmuşdur.

Azərbaycan Xalq Cumhuriyyəti dövründə
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilmiş, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.

Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmiş, Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.

Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdır.

Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.

Azərbaycan SSR-də
Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuş, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.

Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlar arasında bölüşdürülmüş, Azərbaycan SSR baş prokuroru eyni zamanda Ədliyyə Naziri hesab olunmuşdur.

1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur.

Bakı kommunası dövründə və ondan sonrakı dövrlərdə Xalq Ədliyyə Komissarları olan Əliyehdər Qarayev, S.Çivanov, B.Vəlibəyli, Böyükağa Talıblı, Hüsü Hacıyev, Ayna Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları vəzifəsini icra etmişlər.

1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir.

7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə olunub, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil edilib və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri həmin orqanlar arasında bölüşdürülüb.

27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi yenidən yaradılmış, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmişdı. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.

Azərbaycan Respublikasının müstəqilliyi dövründə
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyinə öz səlahiyyətləri həddində xarici dövlətlərin müvafiq orqanları ilə, habelə beynəlxalq təşkilatlarla hüquqi yardım haqqında müqavilələr və sazişlər bağlamaq hüququ verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı 9 oktyabr 1999-cu il tarixli Fərmanı ilə Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi təmin edilmiş, 11 noyabr 2000-ci il tarixli Sərəncamla 22 noyabr - Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanıb.

Ümummilli liderin təşəbbüsü ilə, 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması qərarı verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilmiş, ona hüquq mühafizə orqanı statusu verilmişdir.

26 may 2006-cı il tarixində "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanun qəbul olunmuş, 25 iyul 2006-cı il tarixində dövlət başçısı tərəfidən həmin Qanunun tətbiqi barədə Fərman imzalanaraq, 31.07.2006-cı il tarixində Qanunun qüvvəyə minməsi təmin edilmiş, 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərman imzalanmışdır.

Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır.

04.12.2020-ci il tarixində Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ Regional Ədliyyə İdarəsi təsis olunmuşdur.

Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocalı, Xocavənd, Zəngilan rayonları daxil edilmişdir.

Həmin İdarə öz işini “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Regional ədliyyə idarələri haqqında Əsasnamə”yə uyğun olaraq qurur; eyni zamanda, Böyük Qayıdış Dövlət proqramının aktiv iştirakçısıdır.

Həmin İdarənin inzibati nəzarət həyata keçirdiyi Ağdam bələdiyyələri və Füzuli bələdiyyələri mövcuddur. Bundan başqa, Qarabağ Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasında xüsusi və dövlət notariat ofisləri, rayon qeydiyyat şöbələri, rayon icla və probasiya şöbələri fəalyyət göstərirlər. Qeyd olunan ərazi yurisdiksiyasında penitensiar xidmət, məhkəmə ekspertiza qurumu və ya Azərbaycan Ədliyyə Akademiyasının regional qurumu mövcud deyil.

"Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli 1043-VIQ Qanunu qəbul olunduqdan sonra, Qarabağ Regional Ədliyyə İdarəsinin ərazi yurisdiksiyasına dəyişiklik edilməsə də, Ağdarə rayonunun faktiki olaraq həmin idarənin fəaliyyət dairəsinə düşmüş oldu.

Ölkə başçısının 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib, icrasına başlanmışdır.

Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnaməyə uyğun olaraq nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- ədliyyə sahəsinin inkişafını təmin edir;
- hüquq-mühafizə fəaliyyətini həyata keçirir;
- qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;
- vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;
- notariat fəaliyyətini təşkil edir;
- qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, dövlət reyestrini aparır;
- sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;
- Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;
- dəfnlərin vahid dövlət reyestrini aparır;
- daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirir;
- qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;
- məhkəmə qərarlarının icrasını təmin edir;
- probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;
- penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;
- bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;
- qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;
- hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;
- tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;
- özəl məhkəmə eksperti şəhadətnaməsini verir;
- Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;
- hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;
- ilk dəfə ədliyyə, orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;
- hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;
- hüquqi maarifləndirmə işini həyata keçirir;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;
- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI
Sosial
14.09.2025 23:43
Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI
Naxçıvan Muxtar Respublikasında ipoteka ilə bağlı sərəncam imzalandı
Naxçıvan
10.09.2025 13:31
Naxçıvan Muxtar Respublikasında ipoteka ilə bağlı sərəncam imzalandı
Yeni doğulan körpələrə ən çox bu adlar verilib
Ölkə
02.09.2025 15:42
Yeni doğulan körpələrə ən çox bu adlar verilib
Kredit risklərinin qiymətləndirilməsində səhv ehtimalı azalacaq - EKSPERT
Biznes
12.08.2025 15:31
"Kredit risklərinin qiymətləndirilməsində səhv ehtimalı azalacaq" - EKSPERT
Bölgələrdə aliment problemi: Biri ödəyə bilmir, digəri qane olmur...
Sosial
04.08.2025 11:11
Bölgələrdə aliment problemi: Biri ödəyə bilmir, digəri qane olmur...
Üzərlik – xalq təbabətinin faydalı bitkisi, yoxsa hüquqi problem?
Ölkə
31.07.2025 19:37
Üzərlik – xalq təbabətinin faydalı bitkisi, yoxsa hüquqi problem?
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Ölkə
30.07.2025 20:44
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Ölkə
30.07.2025 11:34
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Ədliyyə naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək
Ağsu
28.07.2025 11:19
Ədliyyə naziri Ağsu şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Özbəkistanda axtarışda olan şəxsi ölkəsinə ekstradisiya edib
Ölkə
24.07.2025 21:23
Azərbaycan Özbəkistanda axtarışda olan şəxsi ölkəsinə ekstradisiya edib
Azərbaycanda həbs edilən Qazaxıstan vətəndaşı öz ölkəsinə təhvil verildi
Ölkə
23.07.2025 12:17
Azərbaycanda həbs edilən Qazaxıstan vətəndaşı öz ölkəsinə təhvil verildi
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
Ölkə
18.07.2025 11:56
Ədliyyə Nazirliyinin nəşriyyat evi ləğv olunur
İnterpolun axtardığı şəxs Azərbaycana ekstradisiya edildi
Ölkə
04.07.2025 09:21
İnterpolun axtardığı şəxs Azərbaycana ekstradisiya edildi
Partlayışla bağlı araşdırma aparılır
Bakı
27.06.2025 12:36
Partlayışla bağlı araşdırma aparılır
Beynəlxalq axtarışda olan şəxs Rusiyaya təhvil verildi
Ölkə
25.06.2025 17:52
Beynəlxalq axtarışda olan şəxs Rusiyaya təhvil verildi
Həbsxanalarda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə ilə bağlı Fəaliyyət Planı təsdiq edilib
Təhsil
25.06.2025 13:07
Həbsxanalarda peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə ilə bağlı Fəaliyyət Planı təsdiq edilib
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı - VİDEO
Hadisə
23.06.2025 16:35
Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı - VİDEO
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib
Ölkə
18.06.2025 15:40
Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verib
Azərbaycanda doğulan və ölənlərin sayı azalıb
Sağlamlıq
17.06.2025 14:35
Azərbaycanda doğulan və ölənlərin sayı azalıb
Ədliyyə orqanlarına qəbul olunmaq istəyənlərin DİQQƏTİNƏ
Ölkə
14.06.2025 17:58
Ədliyyə orqanlarına qəbul olunmaq istəyənlərin DİQQƏTİNƏ
Axtarışa verilən daha bir nəfər Azərbaycana ekstradisiya edilib - YENİLƏNİB
Yurddan uzaq
13.06.2025 17:10
Axtarışa verilən daha bir nəfər Azərbaycana ekstradisiya edilib - YENİLƏNİB
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK
Ölkə
07.06.2025 14:51
Sürücülük vəsiqələri ilə bağlı YENİLİK
Salyanda əməliyyat: külli miqdarda narkotik aşkarlandı - FOTO
Salyan
07.06.2025 14:12
Salyanda əməliyyat: külli miqdarda narkotik aşkarlandı - FOTO
Beş ayda uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI
Sosial
04.06.2025 13:14
Beş ayda uşaqlara ən çox qoyulan oğlan və qız ADLARI
Dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum ölüb - YENİLƏNİB
Bakı
02.06.2025 11:42
Dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkum ölüb - YENİLƏNİB
Məhkum qadınlar övladları ilə görüşüblər
Ölkə
01.06.2025 14:41
Məhkum qadınlar övladları ilə görüşüblər
Naxçıvanda məhkum valideynlərlə övladları görüşüb
Naxçıvan
01.06.2025 13:19
Naxçıvanda məhkum valideynlərlə övladları görüşüb