SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
25 min manatlıq rüşvət ittihamı – Rüfət Sultanova 9 il həbs istənildi

25 min manatlıq rüşvət ittihamı – Rüfət Sultanova 9 il həbs istənildi

  • 02 sentyabr 2026, 16:21

Məhkəmə Ekspertizası Mərkəzinin sabiq əməkdaşı və digər iki şəxslə bağlı cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Yurd.Media xəbər verir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanov və digər iki nəfərin cinayət işinin məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqünın yekunlaşdığı elan edildikdən sonra prokuror təqsirləndirilənlərdən hər birinin ayrı- ayrılıqda 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.Bununla yanaşı prokuror təqsirləndirilənlərin məhkəmə zalından həbs olunmalarıni istəyib.

Müdafiə tərəfləri çixışlar üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.

Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları