SÜJET

Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi Süni intellekt
Ədliyyə sahəsindən Ekologiya və təbii sərvətlər nazirliyinə TƏYİNAT

Ədliyyə sahəsindən Ekologiya və təbii sərvətlər nazirliyinə TƏYİNAT

  • 14 may 2026, 12:47

Ədliyyə Nazirliyində idarəsinin rəisi vəzifəsində çalışmış Ağakərim Səmədzadə nazir müavini təyinatı aldı. 

Yurd.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.

Nazirlikdən bildirilib ki, Ağakərim Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Ağakərim Səmədzadə uzun müddət Azərbaycan Ədliyyə Nazirliyində çalışıb. O, Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları (sonradan İnformasiya Texnologiyaları və İnnovasiyalar) idarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Mətbuatda əsasən elektron notariat, rəqəmsal hökumət, onlayn məhkəmə və elektron xidmətlərlə bağlı açıqlamaları ilə tanınıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları