SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bəzi nazirlik və xidmətlərdə əhalinin siyahıyaalınmasının təşkili ilə bağlı YENİ QƏRAR

Bəzi nazirlik və xidmətlərdə əhalinin siyahıyaalınmasının təşkili ilə bağlı YENİ QƏRAR

  • 31 iyul 2026, 23:13

Bəzi nazirlik və xidmətlərdə əhalinin siyahıyaalınmasının təşkili ilə bağlı qərar verilib. 

Yurd.Media xəbər verir ki, rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı müəyyənləşib.

Bu barədə Baş nazir Əli Əsədov 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında Qərar imzalayıb.

Qərarın 2 nömrəli əlavəsində rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən qurumlarının siyahısı aşağıdakı kimi göstərilib:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

6. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

7. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

9. Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti

10. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları