SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Amnistiyaya düşən 300-ə yaxın məhkum azadlığa buraxılır

Amnistiyaya düşən 300-ə yaxın məhkum azadlığa buraxılır

  • 22 dekabr 2025, 13:24

Amnistiya aktının Ədliyyə Nazirliyində icrası həyata keçirilir.

Ədliyyə Nazirliyindən Yurd.Media-ya verilən xəbərə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının icrası davam etdirilir.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində Amnistiya aktının icrası Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin, Nazirlik yanında İctimai Şuranın, Ombudsman Səbinə Əliyevanın, Milli Məclisin deputatı Zahid Orucun, media nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində amnistiyaya düşən 300-ə yaxın məhkuma sənədləri təqdim olunur və azadlığa buraxılması həyata keçirilir.

Amnistiya aktının probasiya nəzarətində olan - azadlığın məhdudlaşdırılması cəzası, ictimai və islah işləri, cərimə cəzası və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərə münasibətdə də icrasına başlanılıb. Ədliyyə Nazirliyinin Probasiya xidmətində aidiyyəti dövlət qurumlarının, Nazirlik yanında İctimai şuranın və media nümayəndələrinin iştirakı ilə probasiya nəzarətində olan şəxslər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad olunurlar.

Məhkumlar və ailə üzvləri dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, bundan sonra qanunlara dönmədən əməl edəcəklərinə, cəmiyyətin inkişafına töhfə verəcəklərinə söz veriblər.

Hazırda Ədliyyə Nazirliyinin aidiyyəti struktur qurumları tam səfərbər olunmaqla, qanunvericiliyin tələblərinə uyğun və çevik şəkildə Amnistiya aktının icrasını təmin edirlər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları