SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda doğulan oğlanların sayı qızların 7 faiz çoxdur

Azərbaycanda doğulan oğlanların sayı qızların 7 faiz çoxdur

  • 14 aprel 2026, 20:47

Azərbaycanda bu ilin 2 ayında doğulan oğlanların sayı qızların sayından 7 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 797 doğulan körpə qeydə alınıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşüb.

Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəmdir.

Ümumilikdə ilin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.

Ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları