SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Bu şəxslər əlavə kirayə pulu alacaqlar - QƏRAR

Bu şəxslər əlavə kirayə pulu alacaqlar - QƏRAR

  • 21 may 2026, 22:49

Qarabağ və Şərqi Zəngəzurda işləyən şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı qərar verilib.

Yurd.Media xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara görə işğaldan azad edilmiş ərazilərdə işləyən dövlət orqanları əməkdaşlarına 100 manat kirayə haqqı veriləcək.

Qərara əsasən, Maliyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödəniləcək

Qərarın 1.1-ci bəndində nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir. Həmçinin bu qərarın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödəniləcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları