Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 54 582 ölüm halı qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici 5.7-dən 5.8-ə qədər artıb.
2025-ci ilin eyni dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88 135 doğulan körpə qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 10.1-dən 9.4-ə düşüb.
Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.9 faiz olub. Doğulan körpələrdən 2 930-u əkiz, 93-ü isə üçəm olub.