Bakıda həbsxananın yerinə çoxmərtəbəli binalar tikilir.
Yurd.Media “Yeni Sabah”a istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunun Afiyəddin Cəlilov küçəsi ilə Fəzail Bayramov və Natiq Əliyev küçələrinin kəsişməsində yerləşən bina artıq tarixə qovuşub.
Burada vaxtilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsi (“Qadın həbsxanası”) və yetkinlik yaşına çatmayan məhkumların saxlanıldığı müəssisə yerləşirdi.
Həbsxananın yerində tikiləcək binanın özülü üçün qazıntı işləri görülüb. Tikintini hansı şirkət tərəfindən icra edildiyi məlum deyil.
Qeyd edək ki, “Qadın həbsxanası” sözügedən ünvanda 1948-ci ildən 2022-ci ilə qədər fəaliyyət göstərib. 2022-ci ildən isə müəssisənin məhkumları Zabrat qəsəbəsində qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni inşa olunan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinə köçürülüb.