Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (3 203,6 milyon manat), “Kapital Bank” (3 148,2 milyon manat), “PAŞA Bank” (1 987,5 milyon manat), “Xalq Bank” (211,8 milyon manat) və “Azər-Türk Bank”dır (186,4 milyon manat).
Qalan 17 bankdan 1-də qiymətli kağızlara investisiyalar 100-150 milyon manat arasında, 11 bankda 10-100 milyon manat arasında, 3 bankda isə 1-10 milyon manat arasında olub. 2 bankın isə kapital bazarına investisiyaları olmayıb.
Son 1 ildə 22 bankdan 11-nin qiymətli kağızlara investisiyaları azalıb. Ən çox azalma “Bank BTB”də (100%), ən az azalma isə “Ziraat Bank Azərbaycan”da (13,6%) qeydə alınıb.
10 bankın isə kapital bazarına investisiyaları artıb. Ən yüksək dinamika “Yelo Bank”da (98,1%), ən aşağı dinamika isə “PAŞA Bank”da (2,1%) qeydə alınıb.
Bazar iştirakçılarından birinin – “Azərbaycan Sənaye Bankı”nın son 1 ildə qiymətli kağızlar bazarına investisiyaları olmadığı üçün dinamikanı hesablamaq mümkün olmayıb.