Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin vaxtı keçmiş kreditləri 75 milyon manatdan çox olub.
Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (314,5 milyon manat), “Kapital Bank” (169 milyon manat), “Ziraat Bank Azərbaycan” (94,65 milyon manat), “Access Bank” (90,6 milyon manat) və “PAŞA Bank”dır (89,6 milyon manat).
Qalan 17 bankdan 14-də problemli kreditlər 10-75 milyon manat, 3 bankda isə 1-10 milyon manat arasında olub.
Son 1 ildə 22 bankdan 8-nin vaxtı keçmiş kreditləri azalıb. Ən çox azalma “Premium Bank”da (54%), ən az azalma isə “Azərbaycan Sənaye Bankı”nda (0,7%) qeydə alınıb.
14 bankın isə problemli kreditləri artıb. Ən yüksək dinamika “Bank Respublika”da (98,8%), ən aşağı dinamika isə “Bank VTB Azərbaycan”da (0,7%) qeydə alınıb.