SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanda 5 bankın öhdəlikləri 2 milyard manatdan çoxdur - VİDEO

Azərbaycanda 5 bankın öhdəlikləri 2 milyard manatdan çoxdur - VİDEO

  • 24 oktyabr 2025, 09:21

Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin öhdəlikləri 2 milyard manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (11 213,5 milyon manat), “Kapital Bank” (10 974,3 milyon manat), “PAŞA Bank” (7 936,3 milyon manat), “Xalq Bank” (3 096,8 milyon manat) və “Bank Respublika”dır (2 487 milyon manat).

Qalan 17 bankdan 6-da öhdəliklər 1-2 milyard manat, 10 bankda isə 0,1-1 milyard manat arasında, 1 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 5-nin öhdəlikləri azalıb. Ən çox azalma “Bank VTB Azərbaycan”da (7,3%), ən az azalma isə “Premium Bank”da (2,1%) qeydə alınıb.

17 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Ziraat Bank Azərbaycan”da (59,8%), ən aşağı dinamika isə “PAŞA Bank”da (2,6%) qeydə alınıb.

Prime Leasing