SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycanda 5 bankın depozit portfeli 1,5 milyard manatdan çoxdur - VİDEO

Azərbaycanda 5 bankın depozit portfeli 1,5 milyard manatdan çoxdur - VİDEO

  • 27 oktyabr 2025, 09:28

Bu il oktyabrın 1-nə Azərbaycandakı 22 bankdan 5-nin depozit portfeli 1,5 milyard manatdan çox olub.

Yurd.Media xəbər verir ki, bunlar, “Kapital Bank” (8 670,9 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (8 627 milyon manat), “PAŞA Bank” (6 766,2 milyon manat), “Xalq Bank” (1 842,5 milyon manat) və “Bank Respublika”dır (1 515,4 milyon manat).

Qalan 17 bankdan 4-də depozit portfeli 1-1,5 milyard manat, 11 bankda isə 0,1-1 milyard manat arasında, 2 bankda isə 100 milyon manatdan az olub.

Son 1 ildə 22 bankdan 7-nin depozit portfeli azalıb. Ən çox azalma “Azərbaycan Beynəlxalq Bankı”nda (10,7%), ən az azalma isə “Access Bank”da (0,4%) qeydə alınıb. 1 bankın – “Unibank”ın depozit portfeli demək olar ki, “yerində sayıb”. 14 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Azər-Türk Bank”da (28%), ən aşağı dinamika isə İran Milli Bankının Bakı filialında (0,2%) qeydə alınıb.

Prime Leasing
SPE Annual Caspian