Bu ilin I yarısında Azərbaycandakı 22 bankdan 4-nün qeyir-faiz xərcləri 100 milyon manatdan çox olub.
Yurd.Media apardığı araşdırmaya görə, bunlar, “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “PAŞA Bank” və “Unibank”dır. Bu bankların cəmi qeyri-faiz xərcləri 1 milyard manatdan çox olub.
Hesabat dövründə 15 bankın qeyri-faiz xərcləri 10-100 milyon manat arasında, 3 bankın qeyri-faiz xərcləri isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan 20-nin qeyri-faiz xərcləri artıb, 2-nin qeyri-faiz xərcləri azalıb. Qeyri-faiz xərclərini ən çox artıran bank ABB (27,5%), ən az artıran bank isə “Azərbaycan Sənaye Bankı” (1,6%) olub. “Yelo Bank” və İran Milli Bankının Bakı filialının isə qeyri-faiz xərcləri müvafiq olaraq 7,6% və 100% azalıb.