Azərbaycan Mərkəzi Bankı (AMB) əvvəlcədən müəyyən etdiyi qrafikə uyğun olataq oktyabrın 22-də faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.
Yurd.Media xəbər verir ki, bu, qurumun 2025-ci il ərzində 7-ci qərarı olacaq.
Qərar açıqlandıqdan bir qədər sonra AMB-nin sədri Taleh Kazımovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, qurum bu il sentyabrın 10-da uçot dərəcəsinin 7% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində saxlanılıb.