SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Rusiya kapitallı BOKT nizamnamə kapitalını 3 dəfə artırıb

Rusiya kapitallı BOKT nizamnamə kapitalını 3 dəfə artırıb

"KredAqro BOKT" MMC-nin nizamnamə kapitalı kəskin artırılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-un nizamnamə kapitalı 1 milyondan 3 milyon manata qaldırılıb.

Qeyd edək ki, 2000-ci ildən etibarən fəaliyyət göstərən “KredAqro BOKT" MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə təmsil olunur.

2025-ci ilin ilk yarısında "Kred Aqro"nun cəmi aktivləri 2 milyon 133 min manat və ya 17,8% azalaraq 9 milyon 818 min manata geriləyib.

"Kred Aqro BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Rusiyanın "Agromostfinans" şirkətinə məxsusdur.

Prime Leasing