SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Maliyyə Nazirliyindən növbəti rekord

Maliyyə Nazirliyindən növbəti rekord

  • 17 oktyabr 2025, 19:28

Bu gün Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə Yurd.Media-ya nazirlikdən məlumat verilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 600 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından üçündə 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib. Bu, məbləğ nazirliyin keçirdiyi depozit hərraclarında növbəti rekord sayılır. 

Prime Leasing