Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını yenidən artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 20 min manat (1,6%) artıraraq 1 milyon 307 min manata çatdırıb.
Xatırladaq ki, şirkət nizamnamə kapitalını yanvarın əvvəlində də 20 min manat artıraraq 1 milyon 287 min manata qaldırmışdı.
Qeyd edək ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir.
Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.