Azərbaycanda lisenziyalı ödəniş təşkilatı “CibPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (CIBPAY) nizamnamə kapitalını yenidən artırdı.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət nizamnamə kapitalını 20 min manat (1,5%) artıraraq 1 milyon 287 min manata çatdırıb.
Xatırladaq ki, şirkət nizamnamə kapitalını ötən il dekabrın əvvəlində 200 min manat və ya 19% artıraraq 1 millyon 267 min manata qaldırmışdı.
Qeyd edək ki, şirkət 2022-ci ildə təsis edilib. Onun təsisçisi Söhrab Fərhadov Cəbrayıl oğludur. S.Fərhadov hazırda həmçinin şirkətin icra orqanına rəhbərlik edir. Fintex “FinDynamix” MMC-yə daxildir. Mərkəzi Bank 2024-cü ilin sentyabrında şirkətə lisenziya verib ki, burada kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi kimi xidmətləri aparmağa imkan verir.