SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Reklam Agentliyi türkiyəli sahibkarı cərimələdi - Məhkəmə sənədləri qəbul etmədi

Reklam Agentliyi türkiyəli sahibkarı cərimələdi - Məhkəmə sənədləri qəbul etmədi

  • 20 aprel 2026, 10:48
Göyçay

Göyçayda fəaliyyət göstərən və Türkiyə vətəndaşına məxsus “Günəş Lokanta” obyektinə cərimə yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, obyektdə Dövlət Reklam Agentliyinin Şirvan Regional Reklam İdarəsi tərəfindən yoxlama aparılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, obyektdə açıq reklam qaydaları pozulub.

Buna görə də obyektin sahibi Birlik Ahmet barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır.

Çünki, açıq məkanda reklam yerləşdirilməsi müəyyən edilsə də "Günəş Lokanta” obyektinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Birlik Ahmetə aid olmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməyib, bu da hazırki inzibati material üzrə inzibati xətanı törədən şəxsin müəyyən edilməsini mümkünsüz edib.

Beləliklə Türkiyəli sahibkar barəsində tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Dövlət Reklam Agentliyinin Şirvan Regional Reklam İdarəsinə geri qaytarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları