SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda sahibkarların maliyyəyə yeni çıxış imkanı yaranır

Azərbaycanda sahibkarların maliyyəyə yeni çıxış imkanı yaranır

  • 22 aprel 2026, 16:07

Azərbaycanda sahibkarların maliyyəyə yeni çıxış imkanı yaranır.

Yurd.Media xəbər verir ki, Azərbaycanda maliyyə icarəsi bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması çərçivəsində yeni qanun layihəsi hazırlanıb.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” qanun layihəsində yer alıb.

Layihənin hazırlanması prosesində, həmçinin xarici məsləhətçi xidmətindən istifadə edilib.

Ümumilikdə layihə maliyyə icarəsi fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını və maliyyə icarəsi subyektləri arasında münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitam verilməsini, habelə ölkədə maliyyə icarəsi fəaliyyəti üzrə tənzimlənmə və nəzarətin əsas aspektlərini müəyyən edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları