Əsas səhmdarı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) keçmiş prezidenti Cahangir Əsgərov olan “Premium Bank” ASC-nin dövlətə vergi borcunum yarandığı üzə çıxıb.
Yurd.Media xəbər verir ki, borcun məbləği 34,2 min manatdır.
Qeyd edək ki, “Premium Bank” 1994-cü ildən fəaliyyət göstərir və Bankın nizamnamə kapitalı 174,6 milyon manat təşkil edir.
“Premium Bank” ASC-nin səhmdarları “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC (15.22%), Zərifə Həmzəyeva (84.47% - bu ilin yanvarında Bankın əsas səhmdar Zərifə Həmzəyeva vəfat etdikdən sonra nizamnaməyə əsasən onun səhmləri Cahangir Əsgərova (həyat yoldaşı) ötürülüb) və Elvira Əhmədovadır (0.31%).
Bank bu ilin birinci rübünə dair maliyyə hesabatında nə qədər mənfəət vergisi ödədiyini də açıqlamayıb.