Bu ilin I rübündə Naxçıvan MR-nın büdcə gəlirləri 104,4 milyon manat, büdcə xərcləri isə 98,8 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Beləliklə, yanvar-mart aylarında Naxçıvanın büdcəsində 5,6 milyon manat profisit yaranıb.
Muxtar respublikanın büdcəsi icmal büdcəsnin tərkibinə daxildir.
Hesabat dövründə icmal büdcənin gəlirləri 8 852,8 milyon manat, xərcləri isə 9 060,8 milyon manat olub. Son nəticədə icmal büdcədə 208 milyon manat kəsir formalaşıb.