SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Daha bir BOKT bazardan çıxdı

Daha bir BOKT bazardan çıxdı

  • 23 aprel 2026, 16:46

Daha bir Bank olmayan kredit təşkilatı (BOKT) bazarı tərk edib. 

Azərbaycan Mərkəzi Bankından Yurd.Media-ya bildirilib ki, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən, “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə icrası məcburi olan göstərişlər verilib.

Hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilib.

Lakin, ötən dövr ərzində qeyd olunan təşkilat tərəfindən atılan addımlar nəticəsində kapitalın minimum miqdarı tələbinə əməl edilməsi təmin edilməyib. Qeyd olunanları nəzərə alaraq “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən, fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Optimal Finance Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 17 aprel 2026-cı il tarixli Qərarı ilə ləğv edilib.

Bununla, ölkədə BOKT-ların sayı 53-ə düşüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları