SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
ADIF 2024-cü ildə 186 milyon manatdan çox mənfəət əldə edib

ADIF 2024-cü ildə 186 milyon manatdan çox mənfəət əldə edib

  • 19 yanvar 2026, 10:56

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2024-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, Fond il ərzində 186,2 milyon manat mənfəət əldə edib (əvvəlki il 70,4 milyon manat zərər edib).

2025-ci ilin əvvəlinə ADIF-in aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 8 % az - 599,7 milyon manat olub, o cümlədən əldə etdiyi dövlət veksellərinin dəyəri 0,15% çox - 457,3 milyon manat təşkil edib.

Fondun öhdəlikləri 210,45 milyon manat (53,1% az), o cümlədən borc öhdəlikləri 180 milyon manat (27,3% az), balans kapitalı isə 389,2 milyon manat (91,7% çox) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları