SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanda 9 illik fasilədən sonra kommersiya bankına qadın sədrlik edəcək

Azərbaycanda 9 illik fasilədən sonra kommersiya bankına qadın sədrlik edəcək

  • 21 yanvar 2026, 13:59

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

Bankdan Yurd.Media-ya verilən məlumata görə, bu, ötən aydan İH-nin üzvü olan Günel Nəbiyevadır.

Xanım bankir bu sektorda 15 ildən artıq iş təcrübəsinə malikdir. O, karyerasına 2006-cı ildə “Unibank” ASC-də başlayıb.

Yeni təyinatla Azərbaycanda 9 illik fasilədən sonra kommersiya bankına qadın sədrlik edəcək.

Bundan əvvəl “Bank Respublika” ASC-nin İH-nin sədri qadın olub – Xədicə Həsənova. O, vəzifəsini 2016-cı ilin sonunda tərk edib.

Günel NəbiyevaGünel Nəbiyeva

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları